Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

REPORT.AZ/ Milli Turizm Təbliğat Bürosu və Misirin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 19-da Sabir bağında bu ölkənin Mədəniyyət günü keçiriləcək.

Milli Turizm Təbliği Bürosundan “Report”a verilən məlumata görə, IV İslam Həmrəylik Oyunları çərçivəsində baş tutan tədbir saat 14.00-da sərgi ilə başlayacaq.

Saat 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.

Mayın 20-21-də isə Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.
Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulub.

Rəylər