Neftin qiyməti 58 dollara yaxınlaşır

Dünya birjalarında neft bahalaşır.

 

APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,25 dollar və ya 0,48% artaraq 52,09 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,13 dollar və ya 0,23% artaraq 57,88 dollar olub.

Rəylər