“İnstagram” və “Facebook”dan yeni funksiya – Vaxta nəzarət olunacaq

“İnstagram” və “Facebook” sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. “İnstagram” və “Facebook”un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.

Bunun üçün qabaqcadan “Tənzimləmələr” bölməsində İnstaqramda “Sizin fəaliyyət”, Feysbukda isə “Sizin “Facebook”da vaxtınız” funksiyasını aktivləşdirmək lazımdır. Bundan sorna gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyinizi öyrənəcəksiniz. Həmçinin, qabaqcadan özünüzə qoyduğunuz limiti keçməyinizlə bağlı xəbərdarlıq alacaqsınız.

Rəylər