
Misirdə iki ən qədim piramida ictimaiyyət üçün açılıb.
Milli.Az “The Sun”a istinadla bildirir ki, 1965-ci ildən sonra ilk dəfə misirlilərə və turistlərə oradakı iki ən qədim piramidaya daxil olmağa icazə verilib. Əraziyə gələn qonaqlar üçün 80 metr dərinliyə enərək ehramların içini seyr etmək şansı yaradılıb.
Bu ehramlardan biri “Bent” piramidasıdır. Firon Sneferunun dövründə qurulan piramidanın hündürlüyü 101 metrdir. Ehram Qahirənin cənubunda, Qizada, Daşur nekropolisində yerləşir. Onun 4600-dən çox yaşı var.
Qonaqlar həmçinin adıçəkilən fironun xanımı Hetepheres üçün tikilən piramidaya da daxil olub, gəzə bilərlər.
Milli.Az piramidanın fotolarını təqdim edir: