“Qarabağ”ın bu oyunçusu 15 gün meydana çıxmayacaq

“Qarabağ”ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyununda zədələnən ispaniyalı 10-15 gün yaşıl meydanlardan uzaq qalacaq.

Bu, X.Romeronun müayinəsindən sonra bəlli olub. Bu gün keçən tibbi müayinədə futbolçunun çiyin bağlarından birinin qırıldığı, digərinin isə zədələndiyi aşkarlanıb. Elə bu səbəbdən də X.Romeronun 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.
Rəylər