İcazəsiz aksiya zamanı saxlanılmış Əli Kərimli sərbəst buraxıldı

Məlum olduğu kimi bu gün 19 oktyabr 2019-cu il tarixdə bir qrup AXCP üzvü tərəfindən vətəndaşların gur hərəkətinin olduğu ərazidə, 28 May metrosu ətrafında icazəsiz aksiya keçirilməsinə cəhd edilmiş, aksiya zamanı partiya üzvü olan bir sıra şəxslər, o cümlədən AXCP sədri Əli Kərimli saxlanılmışdır.

Əldə olunmuş məlumata görə Əli Kərimli saxlanılarkən avtobusa minmək istəməyərək polis əməkdaşlarına müqavimət göstərmiş və bu zaman alnından yüngül xəsarət almışdır. Ona Daxili İşlər Nazirliyinin qospitalında ilkin tibbi yardım göstərilmiş, sonradan izacəsiz aksiyada iştirakına görə izahatı alındıqdan sonra gecə saatlarında sərbəst buraxılmışdır.

Rəylər