Döyülübmü, döyülməyibmi?Ziddiyyət

AXCP sədrinin 19 oktyabr mitinqindən sonra saxlanılmasının, polis bölməsinə aparılmasının, daha sonra sərbəst buraxılmasının ardından verdiyi tele-müsahibələrdə ziddiyyətlər var.

Bu, adi tamaşaçıların, oxucuların diqqətindən də yayınmayıb. Ayrı-ayrı vaxtlarda (bir-iki gün fasilə ilə) verilmiş müsahibələrin birincisində Əli Kərimli deyir ki, 6-7 adam onu Xətai rayon Polis İdarəsindəki vanna otağına salaraq amansızcasına, saat yarım ərzində döyüblər, qanı yerlə bir olub. İkinci müsahibədə isə Əli Kərimli başqa cür danışır, Xətai rayon Polis İdarəsində qeyri-qanuni münasibətlə üzləşmədiyini deyir.

AXCP sədrinin müsahibələrindəki bu ziddiyyət göstərir ki, o, iki müsahibəsinin birində düz danışmır. Əgər bunu istisna etsək və hər iki müsahibəsində doğru-dürüst danışdığını zənn etsək, onda da elə çıxır ki, partiya sədrini Xətai polisində qanuna uyğun şəkildə döyüblər – bu isə absurddur.
Hər halda aşağıdakı videoya özünüz baxın və nəticə çıxarın.

Rəylər