Bakıda qadın narkotikdən hamamda öldü

Bakıda qadın narkotikin təsirindən ölüb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.
Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər