Sabah 20 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 noyabrda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 6-7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Rəylər