Kişi efirə çıxdı: “Arvadım məni döyür, evdən qovur” – VİDEO

Space Tv-də Amil Xəlilin «Gəl dərdini danış» layihəsində ötən gün müəmmalı ölüm hadisəsindən və kişi şiddətindən danışılıb. Belə ki, ilk olaraq Arifə adlı xanım çıxış edərək yoldaşının Suraxanı rayonu Zabrat qəsəbəsində avtobusla vurularaq öldürüldüyünü bildirib. O, həmin anların kamera görüntüsünün ona təqdim edilmədiyini bildirib. «Həmin ərazidə kamera var. Amma mənə həmin anı göstərmirlər.»

Daha sonra Sarvan adlı şəxs çıxış edərək arvadı tərəfindən şiddətə məruz qaldığını bildirib. «Hər gün ev işlərini görürdüm. Uşaqları məktəbə aparıb gətirirdim. Bir gün eşitdim ki məni boşayıb. Uşaqlarımı da məndən alıb.» deyə ər bildirib. Onun sözlərinə görə xanımı onu evdən döyərək qovub. «Məni təhqir etdi. Sonra evdən qovdu.»
Həmin anları təqdim edirik:
Rəylər