“Kişi kişi ilə sevişib-yatır, kimə ərə gedim?” – FOTOLAR

“Mənim paltarımı kimsə qaldırıb baxmayıb ki, orda alt paltarımı görsün”.
AZXEBER.COM Teleaparıcı-aktrisa Könül Yusifqızının Azmedia.az-a müsahibəsin təqdim edir:
– Könül, səhv etmirəmsə əməliyyat olunmuşdunuz. Mədəkiçiltmə idi yoxsa?
– Bəli, əməliyyat olunmuşam. Bu Elvin doktorun peşəkarcasına etdiyi bədən şəkilləndirmə və Orxan doktorun peşəkarcasına etdiyi dodaqdan süni dolğunun çıxarılması əməliyyatıdır.
– Süni dolğunu dodağınıza vurduğunuza peşiman olub, bu əməliyyata razılıq verdiniz?
– Sözün düzü  bunu çoxdan etmişdim. Hamı gedirdi, mən də getdim. Küyə düşmüşdüm. Zaman keçdikcə deformasiyaya uğramışdı, bir az da naşi kosmetoloqun müdaxiləsindən sonra yığıb-yığışdıra bilmirdim. Öz təbii dodaqlarım üçün darıxmışdım.
– Hər zaman açıqlamalarınızla gündəm olursuz. Sizə elə gəlmir ki, açıqlamalarınızla “yatan kişi”ləri də oyadırsız? Bəlkə də buna görə qadınların nifrətini qazanmısız..
– “Səs salma yatanlar oynara qoy hələ yatsın, yatmışları razı deyiləm kimsə oyatsın”(gülür). Xeyr, bu mümkün deyil ki, hamı birmənalı şəkildə məni sevsin. Əlbəttə ki, sevənlər də olacaq sevməyənlər də. Amma mənim çılpaq açıqlamalarımdan sonra toplum məni  “qamçılayandan” sonra yol açlılır və bir çox məhşurlar mənim danışdıqlarımdan danışırlar.
– Məncə hamı sizin qədər açıqsözlü deyil…
– Biz cəmiyyət olaraq pərdələrə alışmışıq. Azad ruhlu insanlar çox azdır və bu azad ruhlu insanlar cəmiyyətdəki natamam və bərbad ruhlu insanların içində ağ qarğa kimi görünürlər.
– Bir müsahibənizdə demisiniz ki, erotik rolda çəkilərəm, daha çox pul versələr hətta soyunaram. Yenə də həmin fikirdəsiz?
– Bəli, yenə də həmin fikrimdəyəm. Burada qeyri-adi heç nə yoxdur.
– Hamının bir “Həci”-si var. Sizin bəs?
– Həcc ziyarətinə daha çox imkanlı adamlar gedir və yəqin ki, qadın çoxluğundan tövbə edib, birini sevəcəyinə and içirlər. Pullu Həcilər adətən 2-ci xanımlarını şan-şöhrət üçün səhnədən seçirlər. Burda qəbahət yoxdur, hansısa Həci hansısa səhnədə olan xanıma sahiblənirsə nə xoş. Məndə təbii ki, yoxdur.
– Heç “Həci”-lərdən evlilik təklifi almısınız?
– Mənim qızımın atası həcidir.
– Keçmiş yoldaşınız?
– Bəli.
– Bu qədər açıqlamalar verirsiz, gümdən yaradırsız. Rejissorlar sizi filmlərə niyə az çəkir?
– Ali hələ də məni doğru -düzgün bir obraza çəkə biləcək rejissor yoxdur. Pula görə çəkilirəm, pula görə “yox” demək şansım yoxdur. Amma hələ elə bir rejissor cıxmayıb qabağıma ki, məni bir aktrisa kimi açsın, göstərsin.
– Bir dəfə canlı efirə alt paltarsız çıxmışdınız. İndi nisbətən qapanmısız. Olmaya qadağa qoyanın var?
– Xeyr, nə qadağa? Mənim qarşıma nə hələ elə bir rejissor çıxmayıb ki, məni fərqli yönümdən çəkib göstərsin, nə də elə bir kişi çıxmayıb ki, mənə qadağalar qoysun. Hər ikisinin də arzusundayam.
– Şou-biznesdən kiminlə sevgili olmaq istəyərdiniz?
– Heç kimlə. Nə sevgili olmaq istəmərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm də, mənə kənardan adam lazımdır.
– Həə, geyimdə qalmışdıq…
– Bu geyim söhbəti cəmiyyətin bir toplumunu üstümə qaldırdı. Bir çox toylarımdan oldum. Google adımı yazan kimi “lüt”, “alt paltarsız” və s. kimi başlıqlar çıxır. İnsanlar yalnız başlığı oxuyurlar deyə nə dediyim onlar üçün önəmli deyil. Mən cəmiyyətin fikri ilə yaşayan biri deyiləm. Cəmiyyətin xəstə düşüncəsi mənə lap vız gəlir. Siz əminsiniz ki, efirə hamı alt paltarı ilə çıxır? Hansını qaldırıb baxıblar? Mənim də paltarımı nə qaldırıb, nə də çıxarıb baxan olmayıb.
– Geyi sevə bilərsiz?
– Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir. Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən! Demək ki, “kişiyəm” demək, bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namuq-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını gündəndən nə kişi?
– Könül, əsəbi insanlara bu dəfə nəyi məsləhət görürsüz?
– Bax deyəcəm, yenə məni daşqalaq edəcəklər (gülür). Deyəcəyəm əsəbləşəndə spirtli içki için, olmur axı. İçib açarlarını itirib, evdə arvad-uşağı bezdirəcəklər. Deyəcəm ki, siqaret çəkin, ziyandır, həkimə gedib bir ətək pulları çıxacaq,  deyim ki, səyahət edin pul çatdırmayacaqlar. Ən optimal variant sekslə vəhşicəsinə məşğul olmaq deməyimdir (gülür). Bizim cəmiyyətdə qorxduqları sözlər var ki, bu da həmin sözlər silsiləsindəndir. Qorxmayın, zatən məşğul olduğunuz bir işdir, yeni bir şey demirəm.
– Qorxmursunuz ki, sizə deyərlər ki, hamıya məsləhət görürsüz. Siz də bir az əsəbisiz?
– Çox nadir hallarda əsəbləşirəm, amma bu artıq müsibət olar. Yarım olsa nadir hallarda da olmaz vallah (gülür).

 

 

Rəylər