“Ərim sonsuz idi, uşağımız olsa da…”

Müğənni Bengü Türkiyə KİV-nə müsahibəsində pop ulduz Ajda Pekkan haqqında danışıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi Ajdanın fədakar olduğunu qeyd edib:
“Məncə, müğənni evli olmalıdır. Çünki pop ulduzun evlənib uşaq dünyaya gətirməsi onun bütöv biri olması deməkdir. Bu, böyük bir rahatlıqdır.  Tənhalıq çox çətindir. Mən Ajda xanımı düşünürəm. O qədər fədakarlıq edib ki…  O, “Ajda Pekkan” brendi üçün işləyib”.
Ajda Pekkan Bengünün sözlərinə münasibət bildirib: “Tale deyə bir şey var. Qismətin qarşısına keçmək olmur. Allah belə istədi. Mən çox istədim ki, ana olum, amma alınmadı. Ailə olaraq dağınıq böyüdük, bunun da təsiri var. Mən ailə qurdum, boşandım. Ərim sonsuz idi. Bu nikahdan uşaq dünyaya gəlsəydi, xoşbəxt olmayacaqdı. Uşağın taxtını qurmaq olar, amma bəxtini əsla!
Evli olmayan o qədər pop ulduzlar var ki… Burada məni misal çəkməməlidirlər.  Elə insanlar var ki, tənha qalmaq istəyir. Şükür ki, mən belə xoşbəxtəm. Başqalarının düşüncələrinə etibar etmirəm. Bengüyə də ailəsiylə ömür boyu xoşbəxtlik arzu edirəm”.
Rəylər