Formula 1 üçün tikinti-quraşdırma işlərinə mart ayında başlanılacaq

Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisi üçün Bakı şəhərində tikinti-quraşdırma işlərinə mart ayında başlanılacaq.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
N.Arpadarai vurğulayıb ki, bilet satışı uğurla davam edir. Onun sözlərinə görə, yarışmaya maraq əvvəlkindən daha çoxdur və xaricdən bilet alanların sayında artım var.
O əlavə edib ki, gələn ilin yanvar ayının 15-ə qədər biletlərin endirimli satışı davam edəcək.
Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran Prisi 5-7 iyunda keçiriləcək.
Rəylər