Röya Briliantdan üzr istədi “Bağışlayın”

Xalq artisti Röya Ayxan həmkarı Briliant Dadaşovadan üzr istəyib.
Azxeber.com xəbər verir ki, Röya dediyi sözlərə görə qarşı tərəfi incitdiyinə görə üzr istəyib:
“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.
Qeyd edək ki , Röya Ayxan İTV-nin efirində yayımlanan 3D verilişində Briliant Dadaşovanın ermənilərin azərbaycan musiqisinin ifa etməsinə “super” sözü yazmasına görə tənqid etmişdi. Onun bu hərəkəti qarşı tərəf Briliant Dadaşovanın inciməsinə səbəb olmuşdu
Rəylər