“Qızım başından vurulub, 3-4 gün öncəyə qədər sağ olub” – Nərminin atası

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.
AZXEBER.COM xəbər verir ki, mərhum Nərmin Quliyevevanın atası Şərif Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı başından vurularaq öldürülüb: “Respublika prokurorluğunun əməkdaşları, ekspertlər gəlmişdi. Onların rəhbəri Nadir müəllim özü də bizimlə danışdı, lazım olan hər şeyi edəcəklərini dedi. Meyiti xaricini ekspertizadan keçirdilər, üzərindən nümunələr götürüldü, dəqiq məlumatlar bir müddət sonra ekspertin rəyi əsasında bəlli olacaq. Amma indi ekspert dedi ki, Nərmin başından küt alətlə vurulub, onun izi qalıb. Qızım 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil. Qızımın meyitini bir saat əvvəl bizə veriblər, indi evə gətirmişik. Nərmini sabah kənd qəbiristanlığında dəfn edəcəyik”.
Rəylər