Zakir Həsənov: “Rəsmi Yerevanın danışıqları qəsdən uzatması bölgədəki şəraitə mənfi təsir göstərir”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov ilə görüşdə deyib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb.
Rəylər