Bakıda 31 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
Ət kombinatının yaxlığında 1989-cu il təvəllüdlü Novruzov Kamil Asif oğlu mübahisə zəmnində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Rəylər