Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü – FOTO

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib.
AZXEBER.COM Apasport.az-a istinadla xəbər verir ki, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.
O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.
Aliomarov mayın 13-də 67 yaşında vəfat edib. Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.
Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib.
Rəylər