Fransada koronavirus qurbanlarının sayı 27 minə çatır

Fransada koronavirusdan bir gün ərzində daha 348 insan ölüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, ölkədə koronavirus qurbanlarının sayı 27 minə çatır.
“Martın 1-dən biz COVID-19 ilə bağlı 26 991 ölümə ağlayırıq”, – deyə nazirliyin rəsmi məlumatında deyilir. Qeyd edilir ki, 17 003 insan xəstəxanalarda, 9 988 nəfər qocalar evlərində ölüb.
Qeyd edilir ki, hazırda xəstəxanalarda 21 595 insan müalicə olunur. Son gündə xəstəxanalara daha 670 pasiyent daxil olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Rəylər