Gülaydan Kamilin həbs olunmasına reaksiya

Tanınmış idmançı Kamil Zeynallının həbsi ilə bağlı həyat yoldaşı status paylaşıb.
AZXEBER.COM xəbər verir ki, müğənni Gülay Zeynallı dünən karantin qaydalarını pozduğu üçün həbs olunan həyat yoldaşı Kamil haqda “İnstagram”da foto paylaşaraq bunları yazıb:
“Allah qəlbləri görüb, onu mükafatlandıran Allahdır.
Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb-durduğunda, ona yolun sonuna kimi dözüm verən Allahdır.
Allah dualarımızı qəbul etsin”, – deyə qeyd edib. İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar.
Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.

Rəylər