Naftalanda koronavirusun qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir – FOTOLAR

Kurort şəhəri Naftalanda tətbiq olunmuş karantin rejiminin yumşaldılmasından sonra da əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə təkrar profilaktik dezinfeksiya işləri aparılıb.
AZXEBER.COM xəbər verir ki, şəhərin küçə və yolları texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerləri, söhbətgahlar, parklarda, ticarət və xidmət obyektlərində dezinfeksiya işləri aparılır.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq şəhərdə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

 

 

 

 

 

Rəylər