Maska taxmadığı üçün 100 manat cərimələnən qadın polisin qarşısında ağladı

Türkiyənin Bolu şəhərində Elif Nihan adlı qadın maskasız şəkildə iti ilə küçədə gəzərkən polislər onu saxlayıblar.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin ən məşhur küçələrindən olan İzzet Baysalda baş verib.
Gənc qadın öncə polisə şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edib. Elif Nihan “Maska taxmadığım üçün cərimə yazırlar” deyərək ağlamağa başlayıb. Polislər qadının gözünün yaşına baxmayıblar, ona 392 TL (Təxminən 100 manat) cərimə yazıblar.
Elif Nihan İ. bütün bu prosesi mobil telefonunun kamerasına çəkərək sosial şəbəkədə paylaşıb.
Rəylər