İranda pandemiya qurbanlarının sayı 10 mini ötdü

İranda koronavirusa yoluxanların sayı yenə artıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
İranda daha 2 595 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 215 096-ya çatıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 134 nəfər artaraq 10 130 nəfərə yüksəlib.
Bundan başqa, indiyədək 175 103 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Rəylər