Beynəlxalq Kosmik Stansiya Yerə yaxınlaşacaq

“Proqress MS-15” yük gəmisinin çatması ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitində düzəliş ediləcək.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Planlı düzəliş nəticəsində stansiya Yer kürəsinə bir kilometr yaxınlaşacaq və planetimizlə arasındakı məsafə 418 kilometr təşkil edəcək.

Xatırladaq ki, “Proqress MS-15” gəmisi Baykonur kosmodromundan iyulun 23-də buraxılacaq.

Rəylər