Türkiyədə “Favipiravir”in istehsalına icazə verildi

Türkiyədə Səhiyyə naziri Fəxrəddin Qoca tərəfindən koronavirusun müalicəsində istifadə ediləcəyi açıqlanan “Favipiravir” dərmanının yerli istehsalı üçün lisenziya verildi. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama verib. Dərman “Favira 200 mg örtüklü tablet” adı altında qeydiyyatdan keçirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus xəstələrinin müalicəsində istifadə olunda “Favipiravir” dərmanının effektiv olduğunu və istifadəsinin getdikcə artdığını qeyd edərəlk dərmanın Türkiyədə də istehsal ediləcəyini bildirmişdi.

Rəylər