
ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Oxu.Az xəbər verir ki, aksiyanın görüntüləri sosial şəbəkədə yayımlanıb.
Aksiya iştirakçıları Ermənistan silahlı bölmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki təxribatlarına etiraz ediblər.
Aksiyada “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ Azərbaycandır!”, “Erməni aqressiyasına son” şüarları səsləndirilib.
Rəylər