Dünyanın ən “şirin” haker hücumu – FOTO

Anonim hakerlər UFO VPN provayderinin bazasına hücum edərək, minlərlə istifadəçinin məlumat bazasına daxil olublar və özlərindən sonra qeyri-adi imza qoyublar.

Bu barədə “Medialeaks” xəbər yayıb.

Məlumata görə, onlar şifrələri, IP ünvanlarını və digər şəxsi məlumatları oğurlayıblar. Bunu adi haker hücumu adlandırmaq olardı, amma bir fərqlilik var: hakerlər bütün məlumatların məzmununu silib, əvəzinə bir söz yazıblar – “meow” (myau).

Alman kiberanalitik və informasiya təhlükəsizliyi sahəsində ekspert olan Bob Dyaçenkonun sözlərinə görə, bu hücum qlobal təhlükə daşımır. O, hakerlərin bunu əylənmək xatirinə etdiyini bildirib.

Rəylər