Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, ümumi çəkisi 5 ton 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Rəylər