“Barselona”nın yeni baş məşqçisi müəyyənləşdi

“Barselona”nın yeni baş məşqçisi bəlli olub.

AzxeberSport-un məlumatına görə, bu barədə “El Mundo Deportivo” nəşri xəbər yayıb.

Kataloniya təmsilçisi niderlandlı məşqçi Ronald Kumanla razılaşıb.

“Barcelona”nın 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Kuman “AVRO-2020″dən sonra komandanın sükanı arxasına keçə bilər. Bu, onunla Niderland Kral Futbol İttifaqı arasında imzalanmış müqavilədə də öz əksini tapıb.

Rəylər