“Erməni komandirin əsir götürülməsi Ermənistan ordusuna dərs oldu”

Ermənistanın Azərbaycana qarşı terror siyasəti, diversiya, sabotaj və terror aksiyalarının həyata keçiriməsi adət halını alıb. Növbəti belə belə hal kimi avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi etdilər.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb və ictimaiyyətə təqdim edilib. Bu, Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir. Mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub.
Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu aksiyasının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar.
Bəs Ermənistan ordusunun bu kimi təxribata əl atmasının səbəbi nədir? Düşmən bununla nəyə nail olmaq istəyir?
AZXEBER.COM bu suala Milli Məclisin deputatı Aqil Abbasa müraciət edib.
Millət vəkili açıqlamasında bunun yalnız insanlar arasında çaxnaşma yaratmaq, hər hansı itki ilə nəticələnəcək hadisə törətmək olduğunu bildirib.
“Ermənistan ordusunun əsas məqsədi təxribatla haranısa dağıtmaq, hansısa itki ilə nəticələnəcək hadisə törətməkdir. Tovuzda olduğu kimi, sərhədi keçib təxribat törətmək istəyirlər. Təxribatın nəticəsi olaraq isə qarşı tərəfin itki verməsinə nail olmaq arzusundadırlar. Kəşfiyyat diversiyasının vəzifəsi də elə budur. Ancaq bu hər dəfə uğursuzluqla nəticələnir və düşmən itki verərək geri oturdulur.
Deputat deyib ki, erməni komandirin əsir götürülməsi düşmənə dərs olmalıdır:
“Ermənistan ordusunun avqustun 23-də baş verən təxribat törətmək cəhdi bu dəfə də baş tutmadı. Bunun nəticəsi olaraq da, düşmən tərəfin kəşfiyyat komandiri əsir götürüldü. Bu bir daha Ermənistan ordusuna dərs oldu. Düşmən bundan sonra da bu kimi addımlar atsa, daha ağır zərbələr alacaq”.
Günel Hüseynli
Rəylər