Azərbaycanda kürəkən qayınana və qayınatasını güllələdi

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.
AZXEBER.COM “Report”a istinadla xəbər verir ki, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qayınanası və qayınatasına atəş açıb.
1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər