Binəqədi rayonunda mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir – FOTOLAR

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı,Binəqədi Gənclər Evi və Binəqədi RİH yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət, eyni zamanda əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.
AZXEBER.COM xəbər verir ki, Binəqədi RİH yanında İctimai Şuranın üzvlərinin və rayon gənclərin iştirakı ilə müəyyən edilmiş qrafikə uyğun olaraq fəaliyyətinə icazə verilmiş mağazalarda, bir sıra obyektlərdə,eləcə də istirahət parklarında monitorinqlər həyata keçirilir.
Keçirilən reydlərin əsas məqsədi sahibkarların və müştərilərin Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara daha ciddi əməl edilməsinin təbliğ edilməsindən ibarətdir.

 

 

 

 

Rəylər