Rusiyanın aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “Aeroflot” aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.
AZXEBER.COM-un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, aviareyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.
Bildirilib ki, aviareys ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub.
Xatırladaq ki, hazırda Bakıdan Moskvaya ayda üç dəfə “Azərbaycan Hava Yolları” QSC (AZAL) çarter reysləri həyata keçirir.
Rəylər