Döyüş bölgəsində xilas edilən Ermənistan vətəndaşı: “Məni qorxudurdular ki, azərbaycanlıların əlinə düşsən öldürəcəklər”

Xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryanın iştirakı ilə Bakıda mətbuat konfransı keçirilib.

AZXEBER.COM xəbər verir ki, mətbuat konfransında öncə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib.

O bildirib ki, Aznif Baqdasaryanın nənəsi Bakıda yaşayıb: “O, hər yay nənəsinin yanına gəlib. Biz görüşəndə nənəsinin yaşadığı həmin o yerləri də görmək istədi və onu həmin yerə apardıq. O, həmçinin Azərbaycan qutabını xoşladığını deyib. Biz gedib çay da içdik və o, Azərbaycan qutabını daddı. Biz ona bir daha dedik ki, Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Azərbaycan işağl olunmuş yerlərdə humanitar dəhlizin açılmasına razıdır. Biz bu barədə Azniflə söhbət etdik. Heç bir problemi yoxdur”.

Daha sonra çıxış edən xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan bildirib ki, Düşənbə şəhərində anadan olub: “Nənəm 1988-ci ilə qədər Bakıda yaşayıb”.


A.Baqdasaryan bildirib ki, onun üçün pis millət və pis ölkə heç vaxt olmayıb:

“Biz də sizin kimi müharibə istəmirik. İstəmirik ki, analar övladlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın. Müharibə çoxlu dərd gətirir. Əvvəllər iki millət dostluq və sülh içərsində yaşayırdı. Məni qorxudurdular ki, sən azərbaycanlıların əlinə düşsən öldürəcəklər. Ancaq tam əksi oldu. Mənimlə yaxşı rəftar edirdilər. Mənə Bakını göstərdilər. Sevdiyim qutabı burada yedim. Kim nə deyir-desin, ən dadlı qutabları Bakıda bişirirlər. Mən Bakıda paxlava ilə çay içdim. Həmçinin mənə köhnə və xoş xatirələrimin olduğu Bakını göstərdilər. Nənəmgilin yaşadığı evi də mənə göstərdilər”

Rəylər