Sosial şəbəkələrdə məşhurlaşan gəncəli batalyon komandiri olub – FOTO

Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi bizi qətiyyən qorxutmur.
Bu fikri “Trt Haber”-ə açıqlaması ilə son günlərdə sosial şəbəkələrdə fenomen olan Gəncə sakini Tariyel Şahverdiyev Trend-ə deyib.
O, atılan raket zərbələrinə görə Gəncə şəhər sakinləri arasında da hər hansı təşvişin yaranmadığını, narahatlığın olmadığını söyləyib: “Şəhər sakinləri arasında heç bir qorxu, narahatlıq hissi yoxdur. Hər kəs öz işində-gücündədir. Hər şey qaydasındadır. Allah Ali Baş Komandanımıza can sağlığı, Ordumuza qüvvət versin. Hamımızın ürəyi onların yanındadır. Biz özümüz də bu döyüşlərə böyük məmnuniyyətlə qatılmaq istəyirik”.
Sakinlərin artıq atəş səslərinə öyrəşdiklərini deyən T.Şahverdiyev bildirib ki, raket zərbələri nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib: “Gəncə bazarında, “ikinci hissə” adlanan ərazidə dağıntılar yaranıb, şəhərə atılan bəzi raketlər isə partlamayıb”.
Qeyd edək ki, Taryel bəy 1991-ci ildə Gəncə şəhəri komsomol katibi çalıştığı vaxt və eyni zamanda BDU hüquq tələbəsi olduğu halda ailəsindən xəbərsiz olaraq Azadlıq uğrunda mübarizəmizə dəstək olmaq üçün cəbhəyə getmiş və daha sonra Gəncə batalyonunun komandiri olmuşdur. Daha sonra erməni snayperi tərəfindən yaralanıb. Hətta bir güllə bu gündə Taryel bəyin bədənindədir , əməliyyat riskli olduğu üçün güllə çıxarılmayıb. 30 ilə yaxındır ki o bədənində güllə ilə yaşayır.


Rəylər