Azxeber.com-un təsisçiləri Türkiyə televiziyalarına Qarabağdan danışıblar – FOTO

AZXEBER.COM informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı Türkiyə KİV-lərinə geniş açıqlamalar verib.
Jurnalistlər erməni təxribatları ilə bağlı Türkiyənin “TGRT Haber” “Ulusal Kanal”, “TV Net” televiziyalarının müxtəlif proqramlarına dəfələrlə qatılaraq, cəbhədəki son vəziyyət, düşmənin hərbi cinayətləri və Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları haqqında geniş məlumatlar verib. Verilişlərdə ermənilərin mülki şəxsləri hədəf aldığı da qeyd olunur və Gəncə terrorundan geniş bəhs edilib.

Onlar qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə davam edəcək.

Bildirilib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh yalnız və yalnız Ermənistanın Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxması ilə əldə oluna bilər.



Rəylər