Ərdoğan Əli Əsədovla videobağlantıda: “Sizin zəfərinizlə çox xoşbəxt olduq” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında videobağlantı vasitəsilə görüş keçirilib.

Görüş Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimi çərçivəsində baş tutub.

Bu barədə məlumat Türkiyə prezidentinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Video bağlantı əsnasında Türkiyə Prezidenti Azərbaycanı Qarabağda qazandığı qələbə münasibətilə təbrik edib. O qeyd edib ki, Türkiyə Azərbaycanın qazandığı zəfərə görə çox xoşbəxtdir.

Baş nazir Əli Əsədov isə qardaş türk xalqının və onun siyasi rəhbərliyinin müharibə müddəti ərzində Azərbaycana göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

Bakıda keçirilən mərasimdə iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da video bağlantıya qoşularaq bildirib ki, Türkiyə Prezidentinin tapşırıqları əsasında qardaş Azərbaycanın zəfər coşqusunu paylaşmaq, masa üzərində olan məsələlərə dəstək vermək və birgə koordinasiya etmək üçün Bakıdadır.

Rəylər