Rusiya MN: “Sülhməramlı əməliyyatlar aparılan rayonda hərbi polis bölmələri də olacaq”

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bildirib ki, Rusiya hərbi polis bölmələri Dağlıq Qarabağa göndərilən sülhməramlı kontingentə daxildir.

Bu barədə “RİA Novosti” xəbər verir.

“Sülhməramlı əməliyyatlar aparılan rayonda eyni zamanda sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələri də tapşırıqları yerinə yetirəcəklər. Onlar təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etməkdə cavabdehdirlər”, – deyə Rudskoy bu gün keçirdiyi brifinqdə açıqlayıb.

“Silahlı qarşıdurmalarda əməliyyatı idarə etmək üçün qoşunlara rəhbərlik etməkdə böyük təcrübəyə malik zabitlərin də daxil olduğu sülhməramlı qüvvələrin komandanığı yaradılıb”, – o əlavə edib.

Rəylər