İlham Əliyev Moskvadadır

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı zirvə görüşündə iştirak etmək məqsədilə Moskvada səfərdədir. 
AZXEBER.COM xəbər verir ki, bu barədə “TASS” agentliyinə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.
“Azərbaycan Prezidenti Moskvadadır, onu Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar. Bu anda Əliyevin karvanı Kremlə tərəf gedir”,- deyə Bülbüloğlu qeyd edib.
Rəylər