Yeddi koronavirus xəstəsinə cinayət işi açıldı – RƏSMİ

Həftəsonu yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ev şəraitində müalicə təyin edilən doqquz nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Yeddi nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
Rəylər