Ermənistanda COVID-19-a yoluxanların sayı 165 mini ötdü

Ermənistanda son sutkada 309 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 165 221-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 3 016-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 741 olub.

İndiyədək 153 857 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 7 607 aktiv koronavirus xəstəsi var.

Rəylər