​​​​​​​İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) inzibati binanın və avadanlıqlarının sığortalanması üzrə xidmətlərin, eləcə də Fondun işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanması üzrə xidmətlərin satın alınması üçün 2 kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, 1-ci kotirovka üzrə iştirak etmək istəyənlər təkliflərini fevralın 9-u saat 18:00-a qədər, 2-ci kotirovka üzrə isə martın 5-i, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 441-24-23 (daxili: 111) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Rəylər