
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 9 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 59 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən “Report”a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | “FİTO LAB” MMC | İstehsal | Sahibkar fəaliyyət göstərmir. |
2 | Mehtiyeva Təzəgül Yusub qızı | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 | Abbasov Elgün Valeh oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 | Abbasov Elgün Valeh oğlu | Pərakəndə satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.