Bu ilin payızında İstanbulda Türk Şurasının zirvə toplantısı keçiriləcək

Bu ilin payızında Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti zirvə toplantısı keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Şurasının baş katibi Bağdad Əmrəyevin görüşündə bildirilib.

Bundan başqa, bu ilin mart ayının sonunda Türküstanda Türk Şurasının qeyri-rəsmi zirvə toplantısının keçirilməsi planlaşdırılır.

C.Bayramov və B.Əmrəyev qarşıdakı bu mühüm tədbirlərə hazırlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Təşkilatdakı müşahidəçi ölkə isə Macarıstandır.

Rəylər