Naxçıvandan Türkiyənin Qars şəhərinə dəmir yolu xətti çəkilə bilər

Azərbaycan 44 günlük əks-hücum əməliyyatı ilə ərazi bütövlüyünü bərpa edib, 28 il Ermənistanın işğalı altında olan torpaqlarını azad edib. O cümlədən Azərbaycan – İran sərhədi boyunca bir sıra ərazilər Ermənistandan geri alınıb”.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov xarici KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İranla sərhədini tam bərpa etməsi Bakı – Ələt – Horadiz – Mehri – Culfa – Naxçıan dəmir yolu xəttinin bərpasını mümkün edir: “Bu xətt qismən Ermənistan ərazisindən keçir. 1990-cı illərdə xəttin Culfa və Horadiz arasındakı hissəsini Ermənistan dağıdıb. Bu xəttin canlanması İrana, Yaxın Şərqə doğru yeni bir yol aça bilər. SSRİ dövründə Culfa stansiyası İrana gedən yol sərhəd qovşağı idi və burdan ildə 3 milyon tondan çox yük daşınırdı. Gələcəkdə bu yolu Bakı-Tbilisi-Qars (BTQ) magistralı ilə birləşdirmək üçün Naxçıvandan Türkiyənin Qars şəhərinə doğru birbaşa əlaqənin qurulması planlaşdırılır. Beləliklə, Bakıdan Qarsa iki marşrut (Tbilisi və Naxçıvan) olacaq. Hər yeni marşrut nəqliyyatın inkişafı üçün əlavə imkanlar yaradır. Bundan əlavə, bu tur, Aralıq dənizindəki Türkiyənin Mersin Limanına qısa yol açacaq”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə istismara verilib. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir, iki qitə arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Rəylər