“Rəvan Sığorta” kreditorlarına müraciət edib

Azərbaycan Mərkəzi Bankının ötən həftə lisenziyasını ləğv etdiyi “Rəvan Sığorta” ASC ləğv olunması ilə əlaqədar kreditorlarına müraciət edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 40 ünvanına bildirə bilərlər.

Rəylər