Laçının bir məktəbi distant təhsilə keçib

Ağsu rayon Xanbulaq kəndində yerləşən Laçın rayonunun Xərəcan kənd orta məktəbi distant təhsilə keçib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, buna səbəb müəllim və şagirdlərdə koronavirus infeksiyasının aşkarlanmasıdır.

Ağsu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) əməkdaşları tədris ocağında araşdırma aparıb və əyani təhsilin müvəqqəti olaraq dayandırılmasına qərar veriblər.

Hazırda məktəbdə dezinfeksiya işləri aparılır.

Rəylər