İsmayıllıda 70-ə yaxın sürücü cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinin sürücülərini müəyyən etmək məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, daha çox şəhərin mərkəzi küçə və prospektlərində keçirilən reyd zamanı parklanma qaydalarını pozan, piyada səkilərini zəbt edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb ki, onlarla bir daha maarifləndirici söhbətlər aparılıb.

Ümumilikdə cari ay ərzində İsmayıllıda yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dayanma-durma qaydalarını pozduqları üçün 70-ə yaxın avtomobil sahibi barəsində inzibati protokol tərtib olunub.

Rəylər