AERA aprel ayında daxil olmuş müraciətləri açıqlayıb

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2021-ci ilin aprel ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb.

Bu barədə “Report” Agentliyə istinadən xəbər verir.

Məlumata görə, aprel ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 628 müraciət daxil olub.

Bunlardan 471-i elektrik enerjisi təchizatı ilə bağlı (439-u icra üçün, 32-si məlumat üçün), 64-ü təbii qaz təchizatı ilə bağlı, (55-i icra üçün, 9-u məlumat üçün), 6-sı istilik təchizatı ilə bağlı (5-i icra üçün, 1-i məlumat üçün) və 87 müraciət ( 61-i icra üçün, 26-sı məlumat üçün) isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 628 müraciətdən 217 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb.

2 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib və 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub.

Həmçinin 342 müraciət hazırda baxılma prosesindədir, 68 məlumat xarakterli müraciətdən 13-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Rəylər