Bakının bu ərazisində yaşayanların həyatı təhlükədədir – VİDEO

Bakının Xətai rayonunun Gəncə prospekti 97 ünvanında yaşayan insanlar üzləşdikləri problemlərdən şikayət edirlər. Onların sözlərinə görə, ərazi sürüşməyə meyillidir. Yağan yağışlar isə ərazidə daha təhlükəli durum yaradıb, hərəkət çətinləşib. Hətta əvvəl burada insanların hərəkəti üçün pilləkənlər də olub, sonra isə dağılıb, bir daha bərpa edilməyib.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyədək həllini tapmayıb.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov “Report”a bildirib ki, bir müddət əvvəl Gəncə prospekti 97 ünvanına baxış keçirilib.

Onun sözlərinə görə, problemin həlli İcra Hakimiyyətinin diqqət mərkəzindədir.

Məsələ ilə bağlı süjeti təqdim edirik.

Rəylər